ABŞ jurnalistin qatilinin adını açıqlayacaq - Hesabat nə vaxt yayılacaq?

img

18-11-2018 [12:31]


ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal  Xaşuqcinin qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.

Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.

Siyasətçi bildirib ki, hesabatda bunu, yəni jurnalistin qətlini kimin törətdiyi öz əksini tapacaq.

Bundan əvvəl "Vaşinqton post” qəzeti jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR