18-11-2018 [00:32]
Qoç - hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin. Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa bilərsiniz.
Buğa - günün işlərini əvvəlcədən planlaşdırın. Mühüm olayı unutmayın. Diqqətsizlik ciddi problem yarada bilər. Sadəlövh olmayın, deyilən hər sözə inanmayın. Biznes və maliyyə məsələləri ilə bağlı müzakirələrdə huşyar olun.
Günün ikinci yarısında perspektivlərinizi bir daha dəyərləndirin. Aldığınız məlumatları müstəqil qiymətləndirin. Şübhəli məsləhətlərə inanmayın.
Alış-veriş etmək olar. Amma parfümeriya, bahalı geyim, aksessuar almağa dəyməz. Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Axşam saatlarını səs-küylü məclisdə keçirməyin.
Əkizlər - ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Mübahisələr etməyin, münaqişələrdə diplomatik davranın. Yeni layihələrə başlamaq olar. Genişmiqyaslı işə start verilərsə, diqqətli davranın.
Günün ikinci yarısında bilik və bacarıqlarını nümayiş etdirmək şanslarından yararlanın. İntellektinizi göstərin. Sözlərinizə qulaq asacaqlar.
Şəxsi münasibətlərdə ciddi dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizə görə dəyişmək istəmir. Təmasları normallaşdırmağa çalışın.
Axşam saatlarında yeni görüş, yeni tanışlıq olacaq.
Xərçəng - maliyyə məsələləri ilə diqqətlə maraqlansanız, yaxın ətrafınızdakı insanlardan birinin sizi aldatdığını, fırıldaqçılıq etdiyini görəcəksiniz. İntriqanın mərkəzinə düşəcəksiniz. Sizdən informasiya mənbəyi kimi istifadə etmək istəyəcəklər.
Günün ikinci yarısında marionetkaya çevrilməmək üçün müxtəlif fikirləri, fərqli mövqeləri dəyərləndirin, alternativləri nəzərdən keçirin. Əlavə məlumat almaq üçün bütün mövcud imkanlardan yararlanın.
Axşam saatlarına yaxın kimsə əməli və ya zahiri görünüşü ilə sizə təsir edə bilər. Stilinizi, davranış modelinizi dəyişməyin. Sakit şəraitdə qüvvənizi bərpa edin.
Şir - gün ərzində görəcəyiniz işləri əvvəlcədən nizamlayın, planlaşdırın. Mümkün qədər çox iş görməyə, bu zaman ifrat yorğunluğa düçar olmamağa çalışın. Aktiv olun, yeni tapşırıqları və sifarişləri yerinə yetirəcək potensiallı insan təsiri bağışlayın.
Əməllərinizdə ardıcıl olun. Eqoist, təşəxxüslü, ən başlıcası isə impulsiv olmayın.
Günün ikinci yarısında kəskin dəyişikliklər planlaşdırmayın. Özünüzə sadiq qalın. Başqasının təcrübəsindən yararlanın. Ətrafınızdakı insanların belə situasiyada necə hərəkətlər etdiklərini müşahidə edin.
İmici, yaşayış yerini və ya peşəkar fəaliyyət sahəsini radikal dəyişməyə dəyməz. Yaxınlarınızla təmaslarda qayğıkeş olun. Öz fikrinizi mütləq həqiqət saymayın. Ucadan danışmayın.
Qız - intuisiyanız iti olacaq, hissiyatınız artacaq. Təhlükənin gələ biləcəyi istiqaməti müəyyənləşdirməyə can atın. Alınan siqnalları qulaqardına vurmayın. Yaradıcılıqda uğurlar ola bilər. İstedadınızı göstərin.
Günün ikinci yarısı müqavilələr və maliyyə əməliyyatları üçün uğurludur.
Yaxın ətrafınız problemlərinizi müzakirə edəcək. Lakin kimsəyə imkan verməyin ki, sizə ağıl öyrətsin. Yaşam situasiyalarını ayıq müşahidə edərək qiymətləndirin.
Tərəzi - günün ilk yarısında yaxşı xəbərlər olacaq. Uzun müddət gözlədiyiniz məlumatı alacaqsınız. Başladığınız işdə və ya həll etməyə başladığınız məsələdə irəliləyəcəksiniz. Maddi rifah durumunuzu yaxşılaşdıra biləcək təklif alacaqsınız.
Günün ikinci yarısında özünüzü pis hiss etməyəcəksiniz. Yaxınlarınızla ünsiyyətə yetərincə vaxt ayırın. Axşam saatlarında açıq söhbət sevdiyiniz insanla münasibətləri yaxşılaşdırmağa imkan verəcək. Normal istirahət etməyə çalışın.
Əqrəb - uzunmüddətli planların reallaşdırılmasına başlamaq zamanıdır. Mühüm, önəmli xəbəri yolda, yaxud qeyri-adi yerdə ala bilərsiniz. Yetərincə çətin məqsədə çatmaq mümkündür. Bunun üçün qüvvəniz də var.
Günün ikinci yarısı yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Çətin zamanda bel bağlaya biləcəyiniz insanın dəstəyinə ehtiyacınız var.
Plan və ideyalarınızın heç də hamısını bəyənmirlər. Belə insanları nəyəsə inandırmağa çalışmayın. Axşam saatlarında romantik görüş sizi sevindirə bilər.
Oxatan - xatirələrə dalmaq, ötənlərlə yaşamaq zamanı deyil. Bütün işləri başa vurmağa tələsməyin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz. Maraqlı insanlarla təmaslarda olun. Dəvət aldığınız tədbirdən qalmayın.
Yaxşı tanımadığınız insanlarla günün ikinci yarısında tam səmimi olmayın. Sirlərinizi açmayın. İkiüzlü, saxtakar insanlar sizi aldada bilərlər.
Müxtəlif təmaslar və əlaqələrdə, həqiqətən də, maraqlı insanla tanış ola bilərsiniz.
Axşam saatlarını evdən kənarda keçirmək məsləhətdir.
Oğlaq - hadisələrdə qəfil dönüş, maraqlı tanışlıq, yeni görüş ola bilər. Yenilikləri əxz edin, aldığınız informasiyalardan yararlanın. Çoxdan bəri müşahidə etdiyiniz insanın kim olduğunu anlamağa çalışın.
Adekvat söhbət və ya danışıqlar biznesdə yaxşı nəticələr əldə etməyə imkan verəcək.
Günün ikinci yarısında həkim yanına yollanmaq fikriniz varsa, tənbəllik etməyin. İşgüzar fəaliyyət çevrənizdə maraqlı insanla qarşılaşacaqsınız.
Axşam saatlarını evdən çox da uzaqda olmamaq şərtilə istirahətdə keçirin.
Dolça - ağır fiziki iş və ya inadkar zəhmət tələb edən sahələrdə fəaliyyət o qədər də uğurlu deyil. Mürəkkəb hesablamaların başa çatdırılmasını daha əlverişli zamanadək təxirə salın. Yeni tanışlarla ünsiyyətdə faydalı nəsnələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında qısamüddətli səfər, kiçik işgüzar ezamiyyətlər sərfəli olacaq. Əlavə gəlir mənbələri tapmağa cəhd göstərin.
Müxtəlif insanlarla ünsiyyətdə olun. Qarşı tərəfi dediklərinizə inandırmağınız gərəkdir.
Balıqlar - sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın. Uzun müddətdən bəri məşğul olmaq istədiyiniz işlərin ön plana çıxmaları istisna deyil. Onları yenidən ertələmək mümkün deyil.
Günün ikinci yarısı sövdələşmə, müqavilə və anlaşmalar üçün münasib deyil. İşdə rəhbərliklə, yaxud da asılı olduğunuz insanla görüşməyin. İzafi hissiyatı ifrata çatdırmayın.
Yaxınlarınız yaşam tərzini bəyənməyəcək, sizi yenə sərt tənqid edəcəklər. Ailədə münasibətlər gərginləşəcək. Mübahisə, hətta münaqişə istisna deyil.
Milli.az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"