BDU-nun rektor vəzifəsi xanım prorektora həvalə olunub - Təhsil Nazirliyindən açıqlama

img

16-11-2018 [17:24]


Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifələrinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

C.Valehov universitetinin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dünən vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR