Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI

img

16-11-2018 [13:07]


2019-cu ildə daha 5 "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. 

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

E.Niftəliyev qeyd edib ki, mərkəzlər Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə açılacaq:

"Bununla da "ASAN xidmət” mərkəzlərinin sayı 20-ə çatdırılacaq və respublikanı əhatə etmiş olacaq".

Şöbə müdiri qeyd edib ki, "ASAN" xidmət mərkəzləri olmayan bölgələrdə səyyar "Asan xidməti fəaliyyət göstərir:

"Bu günədək səyyar "Asan xidmət”lərə 1 milyon 500 mindən artıq vətəndaş müraciət edib. Ümumilikdə isə "ASAN xidmət”ə müraciət edən vətəndaşların sayı 25 milyonu keçib".

Digər xəbərlər
SON XƏBƏRLƏR