Azərbaycanın U-21 yığması Ukrayna millisinə məğlub olub

img

15-11-2018 [22:39]


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Ukrayna u-21 ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsində Azərbaycan millisinin heyətində Ozan Can Kökçü qırmızı vərəqə alıb. Lakin razılaşmaya əsasən komanda azlıqda qalmayıb. Kökçünü isə komanda yoldaşı əvəzləyib. Digər razılaşma isə oyun ərzində hər komandada 8 dəyişikliyin edilməsinə dair olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR