Ukraynanın Azərbaycandakı səfiri: "İkinci Qolodomor və Xocalı istəmirik"

img

15-11-2018 [18:24]


 Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Qolodomorun 85 illiyinə və Ukraynadakı Avromaydan inqilabının 5 illiyinə həsr olunmuş tədbirdə bildirib.

A.Mişenkonun sözlərinə görə, Ukrayna və Azərbaycanın hər ikisi ərazilərinin işğal edilməsindən əziyyət çəkdiyindən ölkələr eyni şəraitdədirlər: "İkinci Qolodomor və Xocalı istəmirik".

O qeyd edib ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün səy göstərə bilən, amma bunu etməyən dünya ictimaiyyəti bu gün də Krım məsələsində passivdir.

A.Mişenko qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı saxtakarlığı və iddiaları Rusiyanın Ukraynaya qarşı saxtakarlığına və iddialarına oxşayır: "Biz həqiqət istəyirik. Azərbaycan ictimaiyyətinin dəstəyi bizim üçün vacibdir. Dağlıq Qarabağın azərbaycanlı icmasının tezliklə evlərinə qayıtmalarını arzulayıram".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR