Səudiyyə vəliəhdinə qarşı şok addım - Müşaviri istintaqa cəlb olundu

img

15-11-2018 [16:59]


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müşaviri Səud Kahtani jurnalist Camal Xaşuqci cinayəti ilə əlaqədar istintaqa cəlb edilib.

Bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu açıqlama yayıb.

Müşavirə Krallıq ərazisini tərk etmək qadağası qoyulub.

C.Xaşuqcinin öldürülməsi əmrinin Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik heyətin başçısı verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Xaşuqci ilə bağlı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, "Vaşinqton post” qəzenin əməkdaşı C.Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR