"Neftin qiyməti bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər" - Putin

img

15-11-2018 [15:29]


"Neftin cari qiymətləri çox da sabit deyil, bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər".

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.

Neft qiymətləri məsələsini Parisdə ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiklərini qeyd edən V.Putin OPEC+ çərçivəsində bundan sonra da çalışacaqlarını, bu formatın özünü doğrultduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, 2016-cı ilin sonunda OPEC+ formatı çərçivəsində (OPEC və bəzi qeyri-OPEC ölkələri) gündəlik neft hasilatını həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,8 milyon barel azaltmaq barədə razılıq əldə olunmuşdu. Həmin həcmin 300 min bareli Rusiyanın payına düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub