Nemət Pənahlı həbsdən buraxıldı

img

15-11-2018 [14:05]


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsdən buraxılıb.

Mia.az xəbər verir ki, bu haqda Turan-a onun vəkilləri məlumat verib. Vəkillərin deməsinə görə, N.Pənahlının cəzası başa çatıb.

"Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının icra müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb".

N.Pənahlı barəsində verilmiş inzibati həbs cəzsını əsassız hesab edir. O, yerli məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcək.

N.Pənahlı oktyabrın 12-də saxlanılmışdı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən N.Pənahlı 30 günlüyə inzibati qaydada həbs olunmuşdu.

N.Pənahlı məhkəməsində ittihamı rədd etmişdi.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR