Sədr müavini işdən çıxarıldı, yerinə təyinat oldu - "Qaçqınkom"da mühüm kadr dəyişikliyi

img

15-11-2018 [12:45]


Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub. Əvəzində Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Xatıqladaq ki, Gəray Fərhadov "Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi. 2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi/Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR