"Milli Məclisdə çoxunun mənzilə ehtiyacı var" - Deputat

img

15-11-2018 [12:25]


Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib.

"Report” xəbər verir ki, bu təkliflə "Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.

"Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxunun mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, - deputat deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR