Avropa İttifaqının təcili sammiti keçiriləcək - "Brexit" üzrə

img

15-11-2018 [12:17]


 Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın Aİ-dən çıxmasına həsr olunmuş təcili sammiti noyabrın 25-də keçiriləcək.

TASS xəbər verir ki, bu barədə Avropa Şurasının başçısı Donald Tusk Brüsseldə təşkil edilən mətbuat konfransında bildirib.

"Sammit notabrın 25-də, saat 09:30-da keçiriləcək", - o, deyib.

Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti "Brexit"in şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR