AZƏRTAC-ın işçilərinin sayı artırılıb - Hökumətdən qərar

img

15-11-2018 [10:40]


Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ştat sayı artırılıb.

Bununla bağlı Baş nazir Novruz Məmmədov "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarına dəyişiklik edib.

Sənədə əsasən, AZƏRTAC-ın işçilərinin ştat sayının son həddi 221-dən 222-yə qaldırılıb.

Qərarla Azərbaycan Dövlət İnformasiya Agentliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR