Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət edib - Səbəb

img

14-11-2018 [22:40]


 Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.

Bu barədə məlumat diplomatik nümayəndəliyin "Facebook" səhifəsinə yerləşdirilib.

"Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir", - deyə müraciətdə bildirilir.

Bundan əvvəl Küveyt və Boliviya BMT TŞ-nin Qəzzada vəziyyətlə bağlı təcili iclasının çağırılmasını tələb edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR