Prezident daha bir Anlaşma Memorandumunu təsdiqlədi - Sərəncam

img

14-11-2018 [18:50]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam fərman imzalayıb. 

Mia.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR