Bələdiyyələrə yeni səlahiyyət verildi - Qanun təsdiqləndi

img

14-11-2018 [18:06]


Bu gün Prezident İlham Əliyev "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliyi təsdiq edib.

Mia.az bildirir ki, bununla da"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2004, № 4, maddə 202; 2005, № 2, maddə 62; 2007, № 11, maddə 1082; 2010, № 3, maddə 173; 2011, № 12, maddə 1075; 2015, № 2, maddə 86; 2016, № 11, maddə 1779; 2017, № 5, maddə 708, № 7, maddə 1270; 2018, № 1, maddə 21) 8-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında "Bələdiyyələrin ərazisində” sözləri "Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” sözləri ilə əvəz edilib.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR