14-11-2018 [15:11]
BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yönəlik hücumlarının ardından bölgədə zorakılıq və gərginliyin artması ilə əlaqədar təcili toplanıb.
"Sputnik Azərbaycan” xəbər verir ki, Küveyt və Boliviyanın tələbi ilə hazırda Şuranın qapalı toplantısı keçirilir.
Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre toplantıdan öncə jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatedici olduğunu və 2014-ci ildən bəri belə bir şiddətli hadisənin görülmədiyini vurğulayıb.
O, həmçinin bildirib ki, Fransa "Həmas"ın İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını da qınayır: "Amma fələstinlilərə qarşı nisbətsiz güc tətbiqi dayanmalıdır. İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz. Tərəflər gərginliyin artmasından qaçmalıdır".
Diplomatik mənbələr toplantıda Qəzzadakı böhranın necə həll ediləcəyinə dair bir razılığın hələlik əldə edilə bilmədiyini bildiriblər.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ABŞ-ı tənqid edib: "BMT Təhlükəsizlik Şurasının qapısını, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənədək döyməyə davam edəcəyik".
Küveytin BMT-dəki daimi nümayəndəsi Mansour əl-Otaibi İsrailin hücumlarını pisləyərək, Qəzzada getdikcə ağırlaşan humanitar vəziyyətə diqqət çəkib. "Üfüqdə sülh görünmür", - deyə Küveyt təmsilçisi bəyan edib.
Boliviyanın BMT-dəki daimi nümayəndəsi Sacha Sergio Llorentty Soluq ida ABŞ-ı hədəf alıb: "Artıq iki ildir ki, ABŞ-ın sözdə Yaxın Şərqdə sülh planının həyata keçəcəyini gözləyirik. Amma nəticə yoxdur. Həqiqi bir vasitəçiyə ehtiyac var".
Qeyd edək ki, İsrail qırıcıları daha əvvəlki hücumlarında, aralarında "Əl-Əksa" televiziyasının da olduğu 6 binanı darmadağın edib. Baş verənlər nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.
Yaşanan gərginliklə bağlı İsrail tərəfdən də açıqlama verilib. Bildirilib ki, Qəzzadan atılan raketlər 30 israillinin xəsarət almasına səbəb olub. Bundan başqa, bildirilib ki, Aşkelon bölgəsində bir binaya tuş gələn raket zərbəsi nəticəsində 1 İsrail vətəndaşı həyatını itirib, digəri ağır yaralanıb.
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"
"Qarabağı tərk etmiş ermənilərin geri qayıtması real deyil" - "Daha o torpağa görə müharibə niyyətində deyilik"
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya yola düşüb
Prezident İlham Əliyev və Putin veteranlarla görüşüblər - VİDEO
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Komitə sədri Baş redaktoru təbrik edib
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
Xankəndidən yenə silah-sursat tapılıb
Putin Paşinyanla görüşəcək - Peskovdan açıqlamalar
MEDİA: "Dezinformasiya xarakterli məlumatlar yaymayın!"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əməkdar artist reanimasiyaya yerləşdirilib - Açıqlama
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO
Qərbi Kaspi Universitetinin məsul şəxsinə niyə cinayət işi açılıb?
“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - VİDEO, FOTO
Ağdərədə odlu silahlar aşkarlanıb
Ərdoğanın İraqa səfərində İranla bağlı mühüm detal – İmzalanacaq 30 sazişdə nələr var? (TƏHLİL)
Daha bir məhkum həbsdə ölüb
Qarabağ zonasında daha 1429.1 hektar ərazi minalardan təmizlənib
Rusiyanın Voronej şəhərində fabrik yanıb - Ölən və yaralananlar var
Füzuliyə daha 39 ailə köçürülüb (Yenilənib)
"Yüksəliş" müsabiqəsi: görünən və ya göünməyən incəliklər
Əfv Məsələləri Komissiyası bu tarixdə iclas keçirəcək
Müqavilənin bağlanmış sayılması kontekstində oferta və akseptin hüquqi təhlili - Aysu Nəbizadə yazır
Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri - Həcər Atakişiyeva yazır
ZİYANLI VƏRDİŞLƏR: Alkoqol və Nikotin