Pensiya xərcləri üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edildi

img

14-11-2018 [14:11]


"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Maliyyə Nazirliyinin razılığına əsasən bu ilin sonunda mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin payının dəqiq müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırılacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sonra hər il dövlət büdcəsindən nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. "Digər təminatlar üzrə Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi mümkün olacaq".

Nazir qeyd edib ki, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib.

"Birinci istiqamət, 1992-ci ilə qədər olan dövr ərzində əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir.

Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi, sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək.

Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi nəzərdə tutulur.

"Əmək pensiyaları haqqında" qanunun 19-cu və 20-cu maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərindən ibarət komissiya yaradılıb. Komissiya tərəfindən Bakı şəhərinin Xəzər və Xətai rayon şöbələrində uçotda olan pensiya işləri tam araşdırılıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmlər müəyyən edilib. Eyni zamanda Lerik və Qax rayonlarında da eyni işlər aparılmaqdadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR