ABŞ Azərbaycana nə vaxt səfir göndərəcək? - Namizədin senatda çıxış tarixi açıqlandı

img

14-11-2018 [12:35]


ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Örl Litzenberger dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında növbəti dəfə çıxış edəcək.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məlumat verib.

Onun sözlərinə görə, komitə Ö.Litzenbergerin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Ö.Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi bu ilin oktyabr ayında Senat Komitəsində müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR