Xidmət rəisindən Azərbaycana girişinə "stop" qoyulan şəxslərə müraciət: "...təkrar müraciətə fərqli yanaşıla bilər"

img

14-11-2018 [12:10]


"Ölkəyə girişi qanunvericiliyə uyğun olaraq müəyyən müddətə məhdudlaşdırılan şəxslərlə bağlı sosial şəbəkədəki səhifəmə edilən çoxsaylı oxşar müraciətlərlə bağlı nəzərə alınmasını xahiş edirəm".

Mia.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, belə müraciətlərin baxılması müəyyən hüquqi prosedur və araşdırma tələb etdiyi üçün rəsmi qaydada Dövlət Miqrasiya Xidmətinə ünvanlanmalıdır: "Belə müraciətlər ya şəxsin özü, ya da onun nümayəndəsi və ya müdafiəçisi tərəfindən edilməlidir. Bu səbəblərə görə belə müraciətləri cavabsız saxlayıram, üzrlü hesab edilməsini xahiş edirəm.

Məhdudiyyətlərlə bağlı məsələlərə də aidiyyəti olan qanunvericiliyə (Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə) edilən dəyişikliklər 14 iyul 2018-ci il tarixində qüvvəyə minmişdir. Qanunun geriyə qüvvəsinin tətbiqi ilə əlaqədar bildirmək istəyirəm ki, əgər 14 iyul tarixindən əvvəl qeyd edilən məsələ ilə bağlı müraciət edib, müsbət cavab ala bilməmisinizsə, eyni məsələ ilə bağlı təkrar müraciətinizə qanunvericilikdə edilən dəyişikliklə əlaqədar olaraq fərqli yanaşıla bilər.

Ancaq qeyd edilən məsələ ilə bağlı 14 iyul tarixindən sonra müraciət etmisinizsə, həmin tarixdən sonra müvafiq müraciətə baxılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilmədiyini nəzərə almağınızı xahiş edirəm".

Hər bir halda bütün müraciətlərə baxılır və cavablandırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR