CNN telekanalı Donald Trampı məhkəməyə verib - İddianın detalları

img

13-11-2018 [21:17]


 CNN teleşirkəti ABŞ Prezidenti Donald Trampı və Ağ Evin bir sıra rəsmisini məhkəməyə verib.

CNN xəbər verir ki, buna səbəb telekanalın əməkdaşı Cim Akostanın Ağ Evdəki akkreditasiyasının ləğv edilməsidir.

İddia müəlliflərinin fikrincə, hökumət rəsmiləri ABŞ Konstitusiyasının söz, etiqad, mətbuat, toplaşmaq azadlıqlarını, petisiya vermək hüququnu müdafiə edən ikinci düzəlişi, düzgün cinayət istintaqını, eyni qanun pozuntusuna görə təkrarən məsuliyyətə cəlb olunmamaq, özünə qarşı ifadə verməmək, müsadirə zamanı təminatlarla bağlı beşinci düzəlişi pozublar.

İddia D.Trampla yanaşı, Ağ Ev Aparatının rəhbəri Con Kelli, mətbuat katibi Sara Sanders, Prezidentin kommunikasiyalara dair köməkçisi Bill Şin, məxfi xidmət direktoru Cozef Klansi, adı çəkilməyən məxfi xidmət zabitinə qarşı irəli sürülüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR