Babək prospekti ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində hansı təşkilat qazıntı aparıb? - Agentlikdən xəbərdarlıq + FOTO

img

13-11-2018 [20:52]


"Babək prospekti ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır. Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib".

Mia.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O bildirib ki, yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib: "Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. 
Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR