Nazir, nazir müavini, palata sədri, vitse-prezident... - Prezidentdən bu məmurlarla bağlı sərəncam + SİYAHI

img

13-11-2018 [18:09]


Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə bu sərəncamın birinci hissəsi ilə edilən dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR