OPEC oktyabrda gündəlik neft hasilatını artırıb - 127 min barel

img

13-11-2018 [17:28]


 Oktyabr ayında Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr neft hasilatını gündəlik olaraq 127 min barel artırıblar.

"Report”un OPEC-in hesabatına istinadən verdiyi məlumata görə, ən böyük artımı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nümayiş etdiriblər. Ən böyük azalma isə İranda qeydə alınıb.

İkinci mənbələrin məlumatına əsasən, Səudiyyə Ərəbistanı oktyabrda gündəlik neft hasilatını 127 min barel artırıb. Bununla belə, Səudiyyə Ərəbistanı OPEC-ə oktyabr ayında gündəlik neft hasilatını 141 min barel artıraraq 10,64 mln. barel səviyyəsində neft hasilatı barədə məlumat verib. Əvvəlki ayda isə bu ölkə gündəlik neft hasilatını 108 min barel artırdığı halda, hesabatında gündəlik olaraq 90 barel artığını bildirib.

Birləşmiş Ərəb Əmirlikləri də ötən ay üçün hesabatını verib. Belə ki, bu ölkə gündəlik neft hasilatını 220 min barel artıraraq 3,27 mln. barelə çatdırsa da, ikinci mənbələrin məlumatına görə, ölkənin gündəlik hasilatını aydan aya 142 min barel artırıb.

Ötən ay İranda hasilat ciddi şəkildə azalıb. Ötən ay bu ölkədə gündəlik neft hasilatı 156 min barel azalaraq 3,3 mln. barelə düşüb.

Liviya hasilatı artırmaqda davam edir və oktyabr ayında 60 min barel artıraraq 1,114 mln. barelə çatdırıb. Baxmayaraq ki, 2017-ci ilin noyabrda ölkə OPEC-ə 2018-ci ildə gündəlik hasilatı 1 mln. barelə qədər artırmağı söz verib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub