«Milyonçu» Rio… - Yeni aksiya

img

13-11-2018 [10:18]


Dünən Kia şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi - Kia Motors Azərbyacan şirkəti maraqlı bir aksiya həyata keçirib. Şirkət odometrində bir milyon kilometrlik yürüş göstəricisi olan Kia Rio sedanını onun sahibindən geri götürərək, əvəzinə yeni nəsil Rio avtomobilini hədiyyə edib. Qeyd etmək lazımdır ki, bir milyon yürüş etmiş avtomobilin mühərriki və sürətlər qutusu bir dəfə olsun belə təmirə məruz qalmayıb.

Bu Azərbaycanda həyata keçirilmiş ilk belə tədbirdir. Bu günə qədər bənzər aksiyalar haqqında yalnız xarici mətbuatda oxumuşuq, müşahidə etmişik. Məsələyə aydınlıq gətirmək üçün Kia Motors Azərbaycan şirkətinin icraçı direktoruCavid Ağazadəyəmüraciət etdik:

"Kia dünyada tanınmış brenddir və avtomobil istehsalçıları arasında qabaqcıl yerlərdən birini tutur. Bu markadan olan avtomobillər yüksək keyfiyyəti, uzunmüddətli istismar dövrü, etibarlılığı ilə seçilir və bu da istehsalçının müştərilərinə verdiyi əhəmiyyətin göstəricisidir. Bunun əyani sübutu olaraq müştərimiz Şakir müəllimin Rio avtomobilini göstərmək olar. Qeyd edim ki, bir milyon kilometr yürüş etmiş avtomobilə daim bizim servisdə texniki xidmət göstərlimiş və həqiqətən onun mühərriki və ötürmələr qutusu bu günə qədər səlist çalışmış, buna görə heç bir əsaslı təmirə ehtiyac olmamışdır. Bu fakt isə, öz növbəsində bizim servis mərkəzimizin yüksək xidmət səviyyəsindən xəbər verir.

Bütün bunları nəzərə alaraq, biz Şakir müəllimin avtomobilini yenisi ilə əvəz etmək qərarına gəldik. «Milyonçu» avtomobil isə bundan sonra bizim sərgi-salonumuzda nümayiş etdiriləcək. Əlavə edim ki, bu günlərdə servislə bağlı olan daha bir layihəmiz start götürüb. Beləki, müştərilərimiz myservice.az saytında qeydiyyatdan keçərsə, yağdəyişmə xidmətlərinin həyata keçirilməsi zamanı 20 faiz endirim əldə edə bilərlər”.

Kia Rio-nunuzun ömürlülüyünün sirrlərini öyrənmək üçün avtomonilin sahibiŞakir İmanovamüraciət müraciət etdik. O, aşağıdakıları söylədi:

"Avtomobili 22 dekabr 2010-cu il tarixində Kia Motors Azərbaycan şirkətindən almışam. O vaxtdan texniki xidmət keçməsi üçün hər zaman yalnız rəsmi servis mərkəzinə müraciət etmişəm. Təsəvvür edin ki, hər 15 gündən bir yağ dəyişmək üçün bu servis mərkəzinə gəlmişəm. Bunun əsas səbəbi isə göstərdiyim taksi xidməti ilə bağlıdır. Mənim avtomobilim hər gün 500 kilometrə yaxın yürüş edir və tövsiyyə olunan 7500 kilometr tamam olan kimi mən artıq səhər tezdən servis mərkəzinə gəlirdim. Bu ənənə 8 ildir ki davam edir. Mən hətta xırda-para işləri də rəsmi servisdə sifariş verməyə üstünlük vermişəm. Demək olar ki, Kia Motors Azərbaycan şirkətinin servis mərkəzi mənim üçün doğma bir yerə çevrilib. Buradakı ustaların hər birinə yüksək xidmət və insani münasibətlərinə görə ayrılıqda təşəkkürümü bildirirəm.

Avtomobilimin yeni Kia Rio ilə əvəz edilməsi təklifi mənim üçün bir qədər gözlənilməz oldu. İnanın ki, hələ də şokdayam və sevincimin həddi hüdudu yoxdur. Bundan ötrü şirkətin rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istərdim. Yeni avtomobildə əlbəttə ilk növbədə ailəmi gəzdirəcəyəm, daha sonra isə taksi fəaliyyətimə qayıdacağam".



Digər xəbərlər
SON XƏBƏRLƏR