Deputatlar toplaşır - Büdcə müzakirələri üçün

img

13-11-2018 [10:15]


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Mia.az Trend-ə istinadən xəbər verir ki, noyabrın 13, 14 və 15-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxildir.

Beləki, iclaslarda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, "Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında", Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Notariat haqqında" qanunlara dəyişiklik müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR