Prezident İlham Əliyev daha bir diplomatı geri çağırdı - Bu, rəsmi Bakının Norveçə cavabıdır, yoxsa...?

img

12-11-2018 [18:07]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar qəbul edib.

 Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Norveç xarici işlər naziri Eriksen Soreyden bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.

 Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. 

Bu qərarı şərh edən Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır”.

Bu gün Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev mətbuata açılqlamasında  Norveçin Azərbaycanda səfirliyini bağlamasına kifayət qədər sərt münasibət açıqlayıb. 

O bildirib: "Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR