İnam Kərimov 5 rayondan fermerlərlə görüşəcək - Nazirlikdən açıqlama

img

12-11-2018 [17:53]


 Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-si saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Nazirliyin "Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR