Paris görüşündə pərtlik: Tramp həmkarının salamını almadı, Makronun xanımı isə doluxsundu... - VİDEO

img

11-11-2018 [21:50]


ABŞ Prezidenti Donald Trampı Parisdə qarşılayan Fransa prezidenti Emmanuel Makron jurnalistlərin qarşısında pərt vəziyyətə düşüb.

Mia.az xəbər verir ki, Yenisey sarayınən önündə Makronun həyat yoldaşı əvvəlcə Trampın həyat yoldaşı Melenianı qarşılayıb. Həmin qarşılanma anında Makronun xanımı Bricit Tronyenin doluxsunmuş halı nə qədər maraq oyadıbsa, Makronun Trampla görüşü ondan daha da böyük müzakirəyə səbəb olub. 

Belə ki, Yenisey sarayının önündə Trampı qarşılayan Makron onunla jurnalistlərin qarşısında bir neçə dəfə əl sıxışıb, salamlaşmaq istəyib. Lakin ABŞ prezidentinin əllə salamlaşmadan açıq və saymazyana şəkildə  yayınması və soyuq davranışı diqqətdən qaçmayıb. 

Pərt vəziyyətdən çıxmaq üçün Makron daha sonra Trampın qoluna əli ilə toxunaraq, onu saraya dəvət edib.

Diqqətçəkən məqam odur ki, qarşılanma mərasimindən sonra sarayda iktərəfli görüşdə də Trampın soyuq davranışı davam edib. Makron burada da bir neçə dəfə əl sıxışıb, isti münasibətləri göstərmək üçün əlinin Trampın dizinə vurub. Ancaq ABŞ prezidenti onun bu səmimi jestlərinə də soyuq reaksiya verib.

Bəzi mütəxəssislər iddia edir ki, Trampın belə soyuq davranışı görüşdən əvvəl Makronun "Avropanın ABŞ, Rusiya və Çindən qorunmaq üçün özünün güclü ordusu olmalıdır" bəyanatından qaynaqlanır.

Həmin anların əks olunduğu videonu təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR