"Bazar həddindən artıq doyub..." - OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldıb

img

11-11-2018 [16:18]


OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib.

 TASS xəbər verir ki, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib.

"Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", - deyə o bildirib.

Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Bundan əvvəl OPEC+un oktyabrda razılaşmaya 106% əməl etdiyi məlum olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub