Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

img

11-11-2018 [12:15]


"Daha bir araşdırma və Azərbaycanın talanan sərvətlərinin izi ilə Londonda daha bir ünvan:
Birləşmiş Krallıq, London, City Road 160, Kemp House".

İstiqlal.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb.

Araşdırmalara görə, bu ünvan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aiddir. 

Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir. 

Atası ölkənin rabitə sistemini elı bir bərbad hala gətirdi ki, bunun hər kəs mobil və internet xidmətlərində şahididir. 

Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən kəsdiklərini Britaniyada eyni sahəyə yatırım edib. Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur. 

Bu Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. 

Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. 

Görünür, bu sahədə bəxti gətirməyib/ http://istiqlal.az/news/54093.html.


Sabiq nazirin oğlu Eldar Abbasov yayılan məlumatla bağlı sosial şəbəkədə məlumat verib. Bildirib ki, haqqında yazılan xəbər həqiqətə uyğun deyil:

"Yazını oxudum. İctimaiyyətə yalan və həqiqətə uyğun olmayan məlumatlar verirsiniz. Bina şəkili qoyub, iddia edirsiniz ki, bu mənə məxsusdur. Sizin bu araşdırmacı jurnalistinizin ümumi korporatov savadsızlığıdır ki, şirkətin qeydiyyat ünvanının hökmən direktorun mülkiyyəti olduğunu düşünür.

Bu adres £29 qarşılığında istifadə oluna bilən, qeydiyyat ünvanıdır. Buyurun baxınhttps://www.yourcompanyformations.co.uk/address/registered-office/

Sualınız varsa və düzgün xəbər bölüşmək niyyətiniz olsa buyurun əlaqə saxlayın".





Digər xəbərlər
SON XƏBƏRLƏR