Yaponiya Moskva ilə sülh müqaviləsi imzalamağa hazırlaşır - Putinlə görüş olacaq

img

10-11-2018 [18:03]


Yaponiya Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putinə Kuril adalarıyla bağlı danışıqlarını sürətləndirməyi təklif edəcək.

Axar.az xəbər verir ki, bu barədə "Mayniti” qəzeti məlumat yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasıyla bağlı müzakirələri 1956-cı il SSRİ-Yaponiya deklarasiyası üzərində aparacaqlar. Bu sənədə əsasən, Moskva sülh müqaviləsindən sonra Yaponiyaya Xabomai və Şikotan adalarını verəcək, Kunaşiri və İturupa adalarının taleyi isə hələlik qeyri-müəyyən olaraq qalacaq.

Qeyd edək ki, bundan öncə Yaponiya hökuməti Rusiyanın Tokioya Kuril adalarını qaytarmasından sonra Moskva ilə sülh müqaviləsi imzalayacağını bildirmişdi.

İkinci Dünya müharibəsindən bu günə qədər SSRİ ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Nəticədə tərəflər indiyə qədər faktiki olaraq müharibə şəraitində qalmaqda davam edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR