Prezident Cəlilabad–Yardımlı yolunun bərpası ilə bağlı sərəncam verdi - Vəsait ayrıldı

img

10-11-2018 [17:15]


Prezident İlham Əliyev bu gün Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR