Makron Trampın tələbinə boyun əydi: "Avropa NATO çərçivəsində müdafiə xərclərinin payını artırmalıdır"

img

10-11-2018 [16:49]


 Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşdə Avropada təhlükəsizliyi möhkəmləndirmək zərurəti barədə deyib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Fransa Prezidenti vurğulayıb ki, Avropa NATO çərçivəsində müdafiə xərclərinin payını artırmalıdır.

O, həmçinin müdafiəyə milli xərcləri artırmağa çağırıb.

E.Makron bir qədər əvvəl müdafiə büdcəsinin ÜDM-in 2% -dək artırılmasını nəzərdə tutan planı təqdim edən Fransanı misal gətirib.

Xatırladaq ki, Tramp Avropa ölkələrindən NATO-ya daha artıq vəsait ayırmağı dəfələrlə tələb edib. Hətta bu məqsədlə ABŞ prezidenti Avropa mallarına əlavə vergi tətbiqi ilə də təhdid edib. Lakin əsasən Almaniya və İtaliya bu tələbə qarşı çıxıb.

Makronun bu açıqlaması isə göstərir ki, Fransa artıq Trampın bu tələbinin ən böyük dəstəkçisi olacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR