Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

img

10-11-2018 [14:56]


"Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə şirkət açıb. Özü də maliyyə şirkəti, yəni bank”.

Bu barədə xəbəri hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. 

Bildirilir MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237.

Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom: "Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.

Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar.

Belə…Eldar Mahmudovun dəstəsinin sahibkarlardan şantaj və təhdid yolu ilə topladığı sərvətlərin bir ünvanı bu şirkətdir. Güman ki, Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin Beynəlxalq bankdan oğurladığı pullardan da MEA-nın təsisində istifadə olunub.

Siz də deyirsiniz, Britaniya hökuməti korrupsiyada şübhəli bilinən şəxslərin gəlir mənbələrini tələb edəcək, onlarla mübarizə aparacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR