Şriftin ölçüsü / 228 dəfə oxunub

Cahangir Hacıyevlə bağlı daha bir məhkəmə qərarı verilib

09 Noyabr 2018 [17:44]

2015-ci il dekabrın 5-də həbs edilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin cəzaçəkmə müəssisəindən istintaq təcridxanasına köçürülmə müddəti 2019-cu ilin yanvarın 15-nə qədər uzadılıb.

Bu barədə "Qafqazinfo”ya C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı 2 gün öncə hakim Rufan Mürsəlovun sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinde qərar elan olunub.

Qeyd edək ki, C.Hacıyev 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.



SON XƏBƏRLƏR