“Azərpoçt”un “Great Trade”lə işbirliyi - Sərgiyə 400 min manat xərclənəcək

img

09-11-2018 [12:56]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC "Bakutel-2018” beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin montajı, videovall monitorlarının, işıqlandırma və səsləndirmə sisteminin quraşdırılması, sərgidən sonra stendlərin demontajı və daşınması xidmətinə 399 350 manat ödəyəcək.

"Report” xəbər verir ki, dövlət müəssisəsinin bununla bağlı elan etdiyi açıq tenderin qalibi "Great Trade” MMC olub.

Vergilər Nazirliyinin məlumatına görə, qalib şirkət ötən il dekabrın 4-də yaradılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR