Xalq artisti Amalya Pənahova dəfn olunub - FOTO

img

09-11-2018 [13:25]


Azərbaycanınxalq artistiAmalya Pənahova"Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


*** 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb.

Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər iştirak edirlər.

Məlumat üçün bildirək ki, A.Pənahova vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında,"Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib/unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR