Şriftin ölçüsü / 392 dəfə oxunub

Prezident bu şəxslərlə bağlı sərəncam verdi - TAM SİYAHI

08 Noyabr 2018 [15:51]

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

***

Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.

***

Digər bir sərəncama əsasən isə, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə "Əməkdar mühəndis” fəxri adı verilib.



SON XƏBƏRLƏR