Şriftin ölçüsü / 319 dəfə oxunub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq, ancaq...." - Nazir müavini

08 Noyabr 2018 [13:56]
"Minimum əməkhaqları artırılmalıdır. Həm əhalinin gəlirlərində, həm də ümumdaxili məhsulda əməkhaqqının xüsusi çəkisi çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu, aktual məsələdir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq: "Yeni qurumlar yaradılıb. Cəmiyyətdə də belə fikir vardı ki, nazirlikdə ixtisarlar aparılacaq. İxtisar olmasa da, optimallaşma aparılacaq”.

Report


SON XƏBƏRLƏR