Şriftin ölçüsü / 73 dəfə oxunub

"Azəri-Çıraq-Günəşli" və Şahdəniz üzrə nə qədər gəlir olub? - Fond açıqladı

07 Noyabr 2018 [11:31]
 Dövlət Neft Fondu bu ilin noyabr ayının 1-dək "Azəri-Çıraq-Günəşli" (AÇG) və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan Mia.az-a verilən məlumata görə, 1 noyabr 2018-ci il tarixinə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 136 782 mln. ABŞ dolları olub: "Bu ilin 10 ayı ərzində isə AÇG yatağından 8 296 mln. ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 181 mln. ABŞ dolları olub. Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 mln. ABŞ dolları olub".
 


SON XƏBƏRLƏR