Mətbuat yayımı: inkişaf dinamikası və mütərəqqi metodlar

img

06-11-2018 [12:09]


Elxan AĞABƏYLİ,

"AZƏRPOÇT” MMC, PDM-nin Mətbuatyayımı şöbəsinin rəisi,

Azərbaycan Jurnalıstlər Birliyinin üzvü 

***

Bu gün Azərbaycan mətbuatının inkişaf dinamikasını, onun yayımını mütərəqqi metodlarla təşkil etmək yolunda ciddi araşdırmalar aparılır. Mətbuat rəhbərləri mənsub olduqları mətbu orqanların günün tələbləri səviyyəsində yayımını quran və redaksiyaya çatacaq dəyəri vaxtında ödəyən yayım firmalarına üstünlük verir.

Hal-hazırda respublikamızda mətbuat yayımı ilə məşğul olan onlarla firma fəaliyyət göstərir. Hərəsi də öz prizmasından müxtəlif yollarla yanaşma üsulları ilə abunə kampaniyasında iştirak edir, satışı həyata keçirirlər. Poçt-rabitə müəssisələrində dövri mətbuata il boyu abunə aparmaq, onu genişləndirmək, təkmilləşdirmək ən ümdə vəzifələrdən biri olmalıdır. Izdihamlı yerlərdə dövrü mətbuata abunə aparılması haqqında reklam və işıqlandırılmış lövhələr quraşdırmaq abunə kampaniyasının ən ümdə təbliğat metodlarından olardı. Poçt Filiallarında dövri mətbuata aparılan abunə sifarişlərinin icrasını operativ həll etmək üçün onlardan sifarişlərinin faksla, elektron poçtla qəbulu işinin tətbiqi günün bir nömrəli vəzifəsidir.

Özəl sektorda aparılan abunədən əldə olunan mənfəətin 5 %-i, digər müəssisələrdə isə 10 %-i həcmində mükafat sistemi tətbiq etmək məqsədəuyğun olardı. Şəhər və rayon mərkəzlərində hər dərs ili qabağı aidiyyəti orqanların razılığı ilə dövrü mətbuatın, məktəbli ləvazimatlarının satış yarmarkaları poçtamtlar və onlara tabe olan poçt şöbələri vasitəsilə təşkil olunması son dərəcə effektli olardı.

Böyük potensial imkanlara malik olan PDM-nin bazasından məqsədyönlü yararlanmaqla Azərbaycan mətbuatını dünyaya inteqrasiya etmək yönündə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə söhbətlər aparmaqla, bunu gerçək həqiqətə çevirmək mümkün ola bilər.

Əksər hallarda redaksiyaların özləri tərəfindən aparılan abunənin ünvanlara çatdırılması prosesi çətin aparılır. Bu baxımdan digər firmalarla müqayısədə böyük üstünlüklərə malik olan PDM vasitəsilə müəyyən xidmət haqqı ödəməklə həmin işi operativ yerinə yetirmək mümkündür.

Ali, orta ixtisas məktəblərində, onların tabeliyində olan elmi-kütləvi kitabxanalarda mətbuata abunənin PDM-nin mətbuat yayımı şöbəsi vasitəsilə aparılması poçtlar üçün əlavə gəlir mənbəyinin yaradılmasına şərait yaratmış olar.

PDM-nin xidməti avtomaşınlarından istifadə edən firmalarla yenidən söhbət etmək və onların xidmət haqqı dəyərinin ödənilməsi yollarında müəyyən dəyişikliklər etməklə əlavə qazanc götürmək mümkündür.

Yaxşı olardı ki , Respublikanın bütün şəhər və rayonlarının poçt-rabitə müəssisələrinin qarşısında qəzet-jurnal stellajları təşkil olunsun. Bu da oxucuların

daha yaxından bağlılığına şərait yaratmış olar. O cümlədən poçtalyonlar vasitəsilə evlərə elan vərəqələri paylamaqla sakinləri dövrü mətbuata poçt müəssisələrində abunə yazmağa cəlb etmək mümkündür. Əhalinin poçt müəssisələrinə inamı yüksək olduğundan bu işi gerçək həqiqətə çevirmək mümkündür. Nəzərə alınsa ki, bütün xidmət növlərində əhali ilə daim təmasda olan poçt-rabitə müəssisələri vasitəsilə rabitənin daxılına yeni mütərəqqi metodlar tətbiq etməklə güclü gəlir gətirmək mümkündür.

Yaxşı olardı ki, redaksiyalar yerlərdə bir başa abunəni öz nümayəndələri vasitəsilə poçtlarda aparsın.

Köçürmə yolu ilə birbaşa pul vəsaitləri redaksiyaların hesabına göndərilsin.

Köçürülən məbləğ redaksiyada qalmaqla PDM-ə cüzi rüsum ödəməklə istənilən ünvana mətbuatı çatdırmanı təşkil etmək.

Hər iki tərəf arasında bağlanan müqavilə şərtlərinin nəticəsində redaksiyalar xeyli mənfəətə nail olurlar.

Bütün bunların müqabilində Azərbaycan mətbuatının inkişaf tempi və durumu yüksəlir.

Nəzərə çatdıraq ki, bütün xidmət sferasında fəaliyyət digər firnalarla müqayısədə yalnız PDM-ə məxsusdur. İstər Bakı şəhərində, istərsə də Naxçıvan da daxil olmaqla Azərbaycanın rayonlarında abunəçiyə bilavasitə PDM-nin bütün xidmətlərindən bəhrələnməyə tələsin.

Ayrı-ayrılıqda fəaliyyət göstərən Bakı poçtamtlarını vahid şəkildə birləşdirməkləyüksək gəlirə nail olmaq olar.

Hər bir qəzetin satışından poçtamtların əldə etdiyi gəliri qazanmaq üçün 10-15 ədəd zərf satmaq gərəkdir.

Bakı şəhərində nazirliklərin, səfirliklərin, xarici şirkətlərin dövrü nəşrlərə abunəsini bizim vasitəmizlə həyata keçirməklə yüksək gəlir təmin etmiş olarıq.

Xaricdəki Soydaşlarımızla Əlaqə Komitəsi xəttilə bütün dünyada yaşayan Azərbaycanlılara respublikamızda nəşr olunan dövrü mətbuatı çatdırmaqla həm ölkə daxilindəki hadısələrlə soydaşlarımızı tanış etmiş olarıq, həm də bu hesaba ölkəyə xeyli valyuta gətirmiş olarıq.

Moskvada nümayəndəlik yaratmaqla bütün rus nəşrlərini digər firmalarla müqayisədə ən aşağı qiymətlərlə Azərbaycana gətirmək, onun müqabilində Azərbaycan mətbuatını həmin ünvana göndərmək, mal mübadiləsi etmək də mümkündür. Hal-hazırda "Qaya”, "Ziya”, "Ekspress Elita” firmaları "Qasid” və "Azərmətbuatyayımı” firmalarının bu sahədəki boşluğundan məharətlə yiyələnir. Poçr Daşıma Mərkəzinin (PDM-nin) imkanlarından istifadə etməklə biz bu sahədə monopoliyanı ələ ala bilərik.

Bütün mətbuatyayımı firmaları bizim xidmətimizdən yararlanır. Heç bir daşıma, çatdırılma, paylama mexanizminə malik olmayan bu firmalar ("Qasid”,

"Mətbuatyayımı”, "Qaya”, "Ziya”, "Ekspress Elita”, "Səma” və s.) xidmətimizdən istifadə etməklə, bizim vasitəmizlə ünvanlara mətbuat çatdırmaqla hər yerdə özlərini qabağa verirlər. Bu mexanizmi isə bilən yoxdur. Onların daşınma xidmət haqlarını artırmış olsaq istər-istəməz geri duracaqlar. Nəticədə bütün oxucu kütləsi bizim ətrafımızda cəmləşə bilər.

Respublikadakı bütün kütləvi kitabxanalara, o cümlədən Ali və orta məktəblərinin, müxtəlif tədris müəssisələrinin kitabxanalarına ölkədə nəşr olunan mətbu orqanlarının redaksiyalarına dövrü nəşrlərin abunəsini çatdırsaq yüksək məbləğ əldə edə bilərik.

Ölkənin bütün hərbi hissələrinə yalnız poçt-rabitə müəssisələri vasitəsilə xidmət mümkün olduğunu nəzərə alsaq, həmin ünvanlara mətbuatın abunə yazılışına nail olsaq qazancın məbləği daha da artar.



Digər xəbərlər
SON XƏBƏRLƏR