AzTV sədrinin Azərbaycan əleyhinə olan dissertasiyası üzə çıxdı - FOTOLAR

img

05-11-2018 [18:21]


Məmurların alimlik eşqinə düşməsi həmişə yaxşı nəticə vermir. Xüsusən ölkədən kənarda "müdafiə” olunan "elmi” işlərdə siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol verilir.

Mia.az strateq.az-a istinadən xəbər verir ki, böyük elmdə "iz qoymağa” çalışmış AzTV sədri Arif Alışanovun 2004-cü ildə Moskvada, Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda müdafiə etdiyi dissertasiyanı da bu qəbildən saymaq olar.

Hələ müavin olduğu vaxtlarda elmə baş vurmuş indiki sədr, uzun müddət elmi işini ictimaiyyətdən gizli saxlamağa çalışıb.

İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin araşdırmada ciddi siyasi təhriflər, Azərbaycan əleyhinə müddəlar var. Belə anlaşılır ki, dissertasiya rus dilində olduğundan Alışanov nüansları tuta bilməyib, ya da siyasi prosesləri lazımınca dərk etməməsi səbəbindən həmin təhrifləri görməyib. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri, Azərbaycanın milli siyasəti, ölkəmizdəki iqtisadi proseslər və bu prosesə aid statistikanın təqdimatında özünü göstərir.

AzTV sədrinin Azərbaycan əleyhinə olan dissertasiyası üzə çıxdı

Məsələn, Alışanov faktiki olaraq 90-cı illərin ortalarında Azərbaycanı ruslar üçün dözülməz şərait yaratmaqda günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: "Sovet İttifaqının dağılmasından sonra (…) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”.


Təbii ki, belə yanaşma problemə sırf Rusiyanın baxışıdır. Axı 1997-ci ildə Azərbaycanda tam sabitlik hökm sürürdü, Moskva ilə münasibətlər qaydaya düşmüşdü və Alışanovun yazdığı kimi heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.

A.Alışanov dissertasiyada Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edərək belə yazır: "80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12).

İşğala məruz qalmış bir ölkənin televiziya kimi ideoloji qurumunda sədr müavini kimi yüksək vəzifə tutmuş bir məmurun belə "incə” yanaşması təəccüb doğurur.

AzTV sədrinin Azərbaycan əleyhinə olan dissertasiyası üzə çıxdı

Alışanov, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan "diplomatik” şəkildə imtina edir, həqiqəti deməməyə, rus alimləri qarşısında "qərəzsiz” görünməyə çalışır.

Alışanov araşdırmasında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi haqda qeyri-rəsmi, uydurma mülahizələrə də də istinad edir. Ən pisi odur ki, iqtisadçı alim bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sənayesinə qoyduğu sərmayənin həcmi ilə müqayisə edir.

Dissertasiyada Azərbaycan iqtisadiyyatının 2000-ci illərdəki durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, ölkəmizin neft sənayesinə qoyulan investisiyalar, mərhum Heydər Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar var ki, bunların açıq müzakirəsinin keçirilməsi və ortaya çıxan suallara "Vətənə xidmət ordeni” olan A.Alışanovun cavab verməsi çox vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR