İcra başçısı AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçildi - Moskvada seçki

img

03-11-2018 [23:10]


 Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib.

Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.

Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.

Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.

ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.

İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.

Bundan əvvəl AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib/Report.

Xatırladaq ki, Süleyman Mikayılov Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR