Nazirlikdə yeni qurum yaradıldı - İdarə rəisi mərkəzə rəhbər təyin edildi

img

03-11-2018 [13:05]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda yeni qurum yaradılıb.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni Mineral Xammal, Analitik və Elmi Tədqiqatlar Mərkəzi fəaliyyətə başlayıb. Mürsəl Əliyev mərkəzin direktoru təyin edilib.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Mürsəl Əliyev bu təyinata qədər, Bakı şəhər Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR