Rüşvət verməyə görə axtarışda olan şəxs tutuldu

img

03-11-2018 [11:27]


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.

Bu barədə Mia.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.

Nizami (Gəncə) rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR