Lənkəran sakini yol qəzası törədib, 3 nəvəsi xəsarət alıb

img

02-11-2018 [17:17]


 Lənkəran rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 

Hadisə Liman-Nərimanabad-Balıqçılar yolunda baş verib. 

Belə ki, Nərimanabad qəsəbə sakini Malik Əyyub oğlu Babayev "VAZ-2107" markalı, 42-BM-177 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı elktrik dirəyinə çırpıb. Zərbənin gücündən dəmir-beton konstruksiyalı elektrik dirəyi avtomobilin üstünə aşıb. 

Hadisə nəticədə avtomobildə olan sərnişinlər, sürcünün nəvələri - 6 yaşlı Səmayəxanım Rüfət qızı Babayeva, 8 yaşlı Asiman Vüqar qızı Babayeva və 8 yaşlı Malik Rüfət oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan S.Babayeva Reanimasiya şöbəsinə yerləşdirilib. R.Babayevə ambulator yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən A.Babayevanı isə valideynləri icazəsiz olaraq xəstəxanadan çıxarıblar.

Faktla bağlı araşdırma aparılır/Report.    

Digər xəbərlər
SON XƏBƏRLƏR