Tanınmış menecer Nahid Emiloğlu vəfat etdi

01-11-2018 [23:17]
Tanınmış menecer Nahid Emiloğlu dünyasını dəyişib.

Mia.az Publika.az-a istinadla xəbər verir ki, ürək çatışmazlığından əziyyət çəkən N.Emiloğlu bir neçə gün öncə xəstəxanaya yerləşdirilibmiş. O, müalicə aldığı xəstəxanada vəfat edib.

Onun bir saat əvvəl oksigen çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Nahid sabah Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, N.Emiloğlunun 9 noyabrda 40 yaşı tamam olacaqdı. Onun bir neçə ildir ürəyində problem yaşadığı haqda məlumatlar yayılırdı. 2017-ci ilin martında əməliyyat olunmuş və ürəyinə stend qoyulmuşdu.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR