Müşfiqlə bağlı məsələ PA-da müzakirə olunacaq

01-11-2018 [12:52]
Bu gün Prezident Administrasiyasında şahir Mikayıl Müşfiqlə bağlı işçi qrupun ilk toplantısı keçiriləcək.

Mia.az Real TV-yə istinadən xəbər verir ki, qrup Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların tapılması məsələsini müzakirə edəcək.

Qeyd edək ki, məsələni Azərbaycan Prezidenti İlham Əliyev şəxsi nəzarətinə götürüb. Dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.



SON XƏBƏRLƏR