Səudiyyə Ərəbistanının Baş prokuroru öldürülən jurnalistin telefonu niyə istəyib?

31-10-2018 [15:53]
Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Qaşıqçının mobil telefonunu istəyib.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, krallğını baş dövlət ittihamçısı Türkiyədə ona ünvanlanan suallara cavab verməkdən yayınıb.

Bildirilib ki, Səud əl-Mücib "Qaşıqçı cinayətinin əvvəlcədən planlaşdırıldğını demişdiniz. Sizcə, cinayəti kim planlaşdırıb?”, "Cinayətin törədilməsində yerli (türkiyəli - "Report”) şəxslə əlbirliyindən söz açmısınız. Bu yerli kimdir?”, "Camal Qaşıqçının meyiti basdırılıbmı?” kimi suallara cavab verməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib üç gündür Türkiyədə səfərdədir. O, oktyabrın 30-da Türkiyə Milli İstiqbarat Təşkilatının İstanbuldakı şöbəsində olub.


SON XƏBƏRLƏR